8 aprel 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində “Xəstənin cərrahi əməliyyata hazırlanması” mövzusunda təlim keçirilmişdir.
Təlimdə kollecin həkim-müəllimləri Babayeva Vüsalə və Əhmədova Pərvin təlimçi qismində çıxış etmişlər. Babayeva Vüsalə tərəfindən nazoqastral zondun və uretral kateterin düzgün salınması texnikası tələbələrə izah olunmuş, praktik nümunələr üzərində nümayiş etdirilmişdir. Əhmədova Pərvin isə xəstənin əməliyyata hazırlanmasının əsas mərhələləri haqqında ətraflı məlumat vermiş, həmçinin əməliyyatönü dövrdə ayaqlara elastik sarğının qoyulması qaydalarını izah etmişdir.
Təlim zamanı tələbələr xəstənin əməliyyata fiziki və psixoloji hazırlanması, aseptika və antiseptika qaydalarını öyrənmiş,eyni zamanda öyrəndiklərini praktiki şəkildə nümayiş etdirmişlər.
Qeyd olunmuşdur ki, bu cür təlimlər tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsində və gələcək peşə fəaliyyətlərinə hazırlanmasında mühüm əhəmiyyət kəsb edir.