15 sentyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində istehsalat təcrübəsinə yollanan tələbələrlə görüş təşkil olunmuşdur.
Görüşdə 8 “Müalicə masajı” və 36 “Əczaçılıq işi” ixtisası üzrə təhsil alan tələbələr iştirak etmişlər. Tədbirdə kollecin direktoru Sona Məmmədova və təcrübə rəhbəri Səbinə Səyyadova çıxış edərək tələbələrə istehsalat təcrübəsinin əhəmiyyəti barədə məlumat vermiş, qarşıdakı dövrdə riayət olunmalı qaydalarla onları tanış etmişlər.
Çıxışlarda vurğulanmışdır ki, təcrübə dövrü tələbələrin nəzəri biliklərini möhkəmləndirməsi, praktiki bacarıqlar qazanması və peşəkar mühitə uyğunlaşması baxımından mühüm mərhələdir.