12 sentyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində 2025–2026-cı tədris ilinin başlanması ilə əlaqədar iclas keçirilmişdir.
İclasda kollecin həkim və müəllim heyəti iştirak etmişdir. Tədbiri kollecin direktoru Sona Məmmədova açaraq yeni tədris ili ilə bağlı ətraflı məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmışdır.
Direktor həmçinin dərs cədvəlləri barədə müəllim və əməkdaşları məlumatlandırmış, tədris prosesinin təşkilinə dair müvafiq tapşırıqlar vermişdir.
Bununla yanaşı, iclasda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planının müddəaları barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, təhsil müəssisəsində şəffaflığın təmin olunması, hesabatlılığın artırılması, etik davranış qaydalarına riayət edilməsi və neqativ halların qarşısının alınması istiqamətində kollecin hər bir əməkdaşının üzərinə məsuliyyət düşür. Müəllim və əməkdaşlara bu sahədə üzərlərinə düşən vəzifələr bir daha xatırladılmış, kollektivin fəaliyyətində şəffaflıq və obyektivliyin əsas olduğu vurğulanmışdır.