15 sentyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində 15 sentyabr "Bilik Günü" münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə kollec rəhbərliyi yeni qəbul olunmuş tələbələrlə görüşmüşdür. Kollecin direktoru Sona Məmmədova çıxış edərək tələbələri yeni tədris ili münasibətilə təbrik etmiş, kollecin təhsil imkanları, nizam-intizam qaydaları və tələbələr üçün yaradılan şərait barədə ətraflı məlumat vermişdir.
Direktor qeyd etmişdir ki, gələcək peşəkar fəaliyyətlərində uğur qazanmaq üçün tələbələrin kollecin daxili qaydalarına əməl etmələri, tədris prosesinə məsuliyyətlə yanaşmaları və biliklərini daim artırmaları olduqca vacibdir.