26 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Tibb Kollecində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Dövlət himnimiz səsləndirildi.
Daha sonra tələbələrimizin hazırladığı səhnəcik, səsləndirilən şeirlər və çıxışlar şəhidlərimizin qəhrəmanlığını bir daha qəlblərdə yaşatdı.
Qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında daim əbədi yaşayacaq!