27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Tibb Kollecinin müəllim və tələbə kollektivi şəhidlərimizin əziz xatirəsini anmaq məqsədilə onların məzarlarını ziyarət etmişdir.
Ziyarət zamanı şəhidlərin ruhuna dualar oxunmuş, məzarları önünə gül dəstələri düzülmüşdür. Tədbir iştirakçıları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini daim uca tutmağın hər bir vətəndaşın müqəddəs borcu olduğunu vurğulamışlar.