Sentyabr

25

25 Sentyabr - Beynəlxalq Əczaçılar Günü

International Pharmaceutical Federation ...

Beynəlxalq  Əczaçılar Günü 2009-cu ilin 25 sentyabr tarixində Beynəlxalq Əczaçılıq Federasiyası (International Pharmaceutical Federation (FIP))  tərəfindən hər il İstanbulda keçirilən Konqresdə təsis edilmişdir.

Federasiya tərəfindən izah edildiyi kimi, pasiyent dərmanı əldə edənə qədər bu prosesi bütün mərhələlərində bir əczaçı müşaiət edir. Bu mütəxəssisin işi dərman vasitələrinin məsuliyyətli istifadəsinin qarantıdır. Hər gün dünyanın hər yerində 3 milyon farmasiya elminin nümayəndəsi dərman vasitələrinin təhlükəsiz, effektiv və səmərəli istifadəsi məqsədilə xəstələrlə qarşılıqlı ünsiyyətdədir. Əhalinin təhlükəsiz dərman vasitələri ilə təmin edilməsi müasir dövrdə ən aktual məsələlərdən biridir. Statistikaya əsasən, dərman vasitələrinin təhlükəsizliyi problemi artıq milli problem hüdudlarından çıxaraq qlobal problemə çevrilmişdir.