
Zəngin kitabxana
Kollecimizdə tibbi ədəbiyyatlarla zəngin kitabxana fəaliyyət göstərir.
Naxçıvan Tibb Kolleci 1931-ci il sentyabr ayının 5-də Naxçıvan Tibb Texnikumu adı altında feldşer ixtisası ilə fəaliyyətə başlayıb. 1933/1934-cü tədris ilində 3 yeni ixtisas - mamalıq, tibb bacısı, farmaseft açılmışdır. 1935-ci ildə Naxçıvan Tibb Texnikumunun adı dəyişdirilərək Naxçıvan Tibb Bacısı Məktəbi adlandırılmışdır. 1947-ci ildə Feldşer Məktəbi, 1954-cü ildə Feldşer - Mamalıq məktəbi, sonra Naxçıvan Tibb Məktəbi adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 iyun tarixli Sərəncamı ilə Naxçıvan Tibb Məktəbi Naxçıvan Tibb Kolleci adlandırılmışdır. Azərbaycan Respublikası Baş Nazirinin 31 iyul 2023-cü il tarixli № 250 Qərarına əsasən Naxçıvan Tibb Kolleci Azərbaycan Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Universitetinin nəzdinə verilmişdir. Kollecdə tədris dili dövlət dili - Azərbaycan dilidir. Təhsilalma forması əyanidir. Təhsil müddəti tam orta təhsil bazasından qəbul olunanlar üçün 2,6-3 ildir. Kollecin tədris prosesi Avropa Kredit Transfer Sisteminə uyğun olan kredit sistemi əsasında təşkil olunub. Kredit sistemi üzrə tədrisin təşkili qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
Kollecimizdə tibbi ədəbiyyatlarla zəngin kitabxana fəaliyyət göstərir.
Keyfiyyətli təhsil üçün beynəlxalq akkreditə olunmuş proqramlarımız var.
Tələbələrimiz üçün tam təchiz olunmuş laboratoriyalar və avadanlıqlar mövcuddur.
Tibb, reabilitasiya, ictimai sağlamlıq və biotibbi elmlər üzrə proqramlarla dərəcələr təklif edir və tələbələrimiz birlikdə xəstələri müalicə edirlər.
Məzunlarımız ən yüksək işəgötürmə faizlərindən birinə malikdirlər.
Qlobal Tərəfdaşlıqlar Dünyanın ən yaxşı universitetləri və tibb müəssisələri ilə əlaqələrimiz var.
Səhiyyə sahəsində ixtisasın yeri: Şəhər və rayonların mama-ginekoloji müəssisələrində (qa…
ƏtraflıSəhiyyə sahəsində ixtisasın yeri: Ortopedik stomatologiya şöbəsinin məzunları stomatoloji…
ƏtraflıSəhiyyə sahəsində ixtisasın yeri: Əczaçı (provizor köməkçisi) apteklərdə, tibbi alətlər, …
Ətraflı29 Sentyabr 2025
13
27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Tibb Kollecinin müəllim və tələbə kollektivi şəhidlərimizin əziz xatirəsini anmaq məqsədilə onların məzarlarını ziyarət etmişdir. Ziyarət zamanı şəhidlərin ruhuna dualar oxunmuş, məzarları önünə gül dəstələri düzülmüşdür. Tədbir iştirakçıları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından...
29 Sentyabr 2025
15
26 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Tibb Kollecində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Dövlət himnimiz səsləndirildi. Daha sonra tələbələrimizin hazırladığı səhnəcik, səsləndirilən şeirlər və çıxışlar...
15 Sentyabr 2025
31
15 sentyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində istehsalat təcrübəsinə yollanan tələbələrlə görüş təşkil olunmuşdur. Görüşdə 8 “Müalicə masajı” və 36 “Əczaçılıq işi” ixtisası üzrə təhsil alan tələbələr iştirak etmişlər. Tədbirdə kollecin direktoru Sona Məmmədova və təcrübə rəhbəri Səbinə Səyyadova çıxış edərək tələbələrə istehsalat təcrübəsinin əhəmiyyəti...
15 Sentyabr 2025
34
15 sentyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində 15 sentyabr "Bilik Günü" münasibətilə tədbir keçirilmişdir. Tədbirdə kollec rəhbərliyi yeni qəbul olunmuş tələbələrlə görüşmüşdür. Kollecin direktoru Sona Məmmədova çıxış edərək tələbələri yeni tədris ili münasibətilə təbrik etmiş, kollecin təhsil imkanları, nizam-intizam qaydaları və tələbələr üçün yaradılan şərait...